-
- 7-07-2018, 14:14
- 1 171
Günvurmadan necə qorunmalı?- Həkim məsləhəti
Qızmar yay günlərində günvurma və istivurma hallarına tez- tez rast gəlinir. Günəş altında işləyənlər, kondisioner olmayan və sıxlıq yaşanan ictimai nəqliyyatda gedən insanlar risk altına düşür. Elə bu günlərdə paytaxtda və bölgələrdə hökm sürən qızmar istilər nəticəsində bir neçə nəfərin ölüm xəbərini eşitdik.Günvurma zamanı kritik hallar yaşanmaması üçün nə etmək lazımdır?
News24.az-ın bu suallarına həkim terapevt Sevinc Qurbanova cavab verib.Həkim bildirib ki, , günvurma və istivurma ayrı-ayrı hallardır.
"Günvurma başın açıq hissəsinə gün şüasının birbaşa və davamlı təsiri nəticəsində beyin işinin pozulmasıdır. Bu zaman başağrısı, süstlük, qaytarma baş verir, ən ağır halda insan komaya düşə bilər. Günvurmanın 3 dərəcəsi müəyyən edilib.Həkimin sözlərinə görə,yüngül dərəcədə ümumi zəiflik, başağrısı,ürəkbulanma əlamətləri nəzərə çarpır, orta dərəcəli günvurmada insan özünü gücsüz hiss edir,qulaqları batır, yerişi pozulur, özündən gedir. Bədən temperaturu yüksəlir. Ağır dərəcəli günvurma qusma, ürəkgetmə, ishal, bədən temperaturunun 41-42 dərəcəyə yüksəlməsi, qarabasma halları ilə müşahidə olunur. Belə olan halda insan qeyri- iradi halda sidiyini və nəcisini saxlaya bilmir. Ağır dərəcəli günvurma hallarına mütləq həkim müdaxiləsi lazımdır.Yüngül və orta dərəcəli günvurma hallarında xəstəni sərin yerə aparmaq, alnına soyuq kompres qoymaq, bol su içirmək lazımdır."Sevinc xanımın dediyinə görə günvurma və istivurma halları hamilə xanmlar, 5 yaşına qədər uşaqlar, təzyiq və şəkər xəstələri üçün daha təhlükəlidir. İlk yardım olaraq duş almaq, xəstənin temperaturunu aşağı salmaq yaxşı nəticə verir. Bunun üçün böyük damarların keçdiyi yerlərə qoltuq altına. boyuna qısa müddətə buz və ya soyuq su qoymaq lazımdır."Bir çox insanlar xəstələnərəm deyib kondisionerə yaxın durmurlar. Lakin otaq çox istidirsə bu ürək və damar xəstəlikləri olan insanlar üçün pis nəticələnə bilər. Mütləq şəkildə istifadə etmək lazım gəlir.Unutmaq olamz ki hər şeyin həddən artıq çox olması mütləq fəsad verir. İstinin də soyuğun da.
İlhamə