-
- 4-02-2020, 15:21
- 992
Azərbaycanda inanılmaz hadisə - UŞAĞI OĞURLADILAR
Bir müddət əvvəl Bakıda baş vermiş adam oğurluğu hadisəsi ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, E.Həsənli, X.Mahmudov, H.Quliyev, E.Xanlarov və A.Cəfərov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü, yəni, adam oğurluğu - yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 5 nəfərlik qrup üzvləri azyaşlı N.Ş-nı oğurlayıb. Onlar oğlanın atası M.Ş-dan xeyli miqdarda pul tələb ediblər. İş üzrə azyaşlı və atası ilə yanaşı daha bir nəfər zərərçəkən şəxs qismində tanınıb.