Azərbaycanda şok hadisə - Azyaşlı qızı oğurladılar
    • 7-02-2020, 10:11
    • 1 807

Azərbaycanda şok hadisə - Azyaşlı qızı oğurladılar

Bir müddət əvvəl adam oğurluğu əməlinə görə həbs edilən Fərhad Rzayev və Kamal Cəfərov barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Ş.Musayeva adlı azyaşlı qızı qaçırdıqları üçün barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü, yəni, adam oğurluğu - yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsi ilə açılan işin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Elmin Rüstəmovun sədrlik etdiyi kollegiya tərəfindən baxılacaq. Məhkəmənin hazırlıq iclası 14 fevralda keçiriləcək.