-
- 19-01-2020, 12:04
- 1 479
Bakıda əcnəbi kişidən azyaşlı qıza qarşı SEKSUAL ZORAKILIQ
Bakıda azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq əməlləri törətmiş əcnəbi barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, Mahdi Rahimi barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü, yəni, seksual xarakterli zorakılıq hərəkətləri - on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İradə Həsənzadənin icraatına verilib.
Qeyd edək ki, iş üzrə M.Rahiminin ailə üzvü olan azyaşlı T.Rahimi zərərçəkmiş şəxs qismində tanınıb. Hadisənin dəqiq harada baş verməsi və təfərrüatı barədə əlavə məlumat verilmir.