"Həyat yoldaşım heç vaxt sosial şəbəkələrdə olmayacaq" - XƏYYAM NİSANOV
    • 4-02-2020, 15:58
    • 1 733

"Həyat yoldaşım heç vaxt sosial şəbəkələrdə olmayacaq" - XƏYYAM NİSANOV

"Yeni layihələr, mahnılar, kliplər, duet üzərində çalışıram, hətta Heydər Əliyev Sarayında solo- konsert verməyi də düşünürəm". 

Bu sözləri News24.az-a açıqlamasında gözlərdən kənar gəzən müğənni Xəyyam Nisanov deyib. İfaçı bildirib ki, onun üçün Sevgililər günü 14 fevral deyil, məhz 30 iyundur: "Azərbaycanda yaşadığımız üçün gərək, ölkəmizə xas olan adət-ənənələrə sadiq qalaq. Ona görə də bizim üçün sevgililər günü 30 iyundur. Mən bilmirəm, 14 fevral kimlər üçün bayramıdır, amma bizim üçün deyil".

Müğənni həyat yoldaşına hədiyyə almaq üçün hər hansısa bayramı gözləmədiyini deyib: "Mən adi gündə də həyat yoldaşıma hədiyyə ala bilərəm, yəni günün heç bir fərqi yoxdur. Amma düşünürəm ki, "Sevgililər günü"ndə xanımlar bəylərindən daha çox diqqət və qayğı gözləyirlər".

Nisanov qisqanc olduğunu xüsusi vurğulayıb: "Çox qısqancam. Yoldaşımın hər hansısa işi olanda tək çölə çıxır, amma çox zaman çalışıram hər yerə bir yerdə gedək. Məndən fərqli olaraqəm ki, həyat yoldaşım məni qısqanmır. Çünki peşəmə bələddir. Həm də ona qısqanması üçün hər hansısa bir fürsət ya da səbəb vermərəm. O, sosial şəbəkələrdə yoxdur. Onun səhifəsi heç vaxt olmayıb və olmayacaq da. Mən demirəm ki, sosial şəbəkə pisdir, amma mən ailəmi mətbuatdan, internetdən daima uzaq tutacağam".

Sevda Bayramova