-
- 4-02-2020, 16:58
- 1 597
"Sevgililər günü bank yaracam"- RÜSTƏM CƏBRAYILOV
"Yeni bir filmdə çəkilmişəm, Materiallar Hindistana göndərilib, orda montaj işləri gedir. Çünki Hindistanda film sahəsi çox uğurlu və peşəkardır".
Bu sözləri News24.az-a 2006-ci ildə "Best model of Azerbaijan" və 2007-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən "Best model of the World" gözəllik və model yarışlarının qalibi Rüstəm Cəbrayılov deyib. O, son zamanlarda kliplərdə az-az görünməyinin səbəbini açıqlayıb: "Azərbaycanda 10 milyon əhali var. Şou-biznesin isə cəmi 50-60 müğənnisi. Telekanallarımız da azdır. Bir klipdə çəkilirsən, onu da 10 kanalda göstərirlər. Nəticədə tamaşaçı hər gün səni görür və adiləşirsən. Bu yaxınlarda Brilliant Dadaşova və Dilara Kazımovanın kliplərində çəkilmişdim. Bu işlərdən sonra Sevda Yəhyayeva yeni klipində rol almağımı istədi, amma görəndən sonra ki, mən ard-arda kliplərdə çəkilmişəm, başqa modellə çalışdı. Bizdə model qıtlığıı var. Artıq gələn təklifləri dəyərləndirib seçirəm, sonra çəkilirəm. Gərək qonorarım da yaxşı olsun. Qonorara önəm verirəm. Ayda iki, üç işdə çalışıram baxmayaraq ki, hər gün təklif alıram".
R. Cəbrayılov nişanlanması haqda xəbərlərdən də danışıb: "Toyumuz iki aydan sonra olacaq. Öncədən deyim, toyum mediaya qapalı olacaq. Heç istəmirdim ki, nişanlanmaq xəbərim hamının dilində saqqız olsun. Amma oldu. Evlənmək lazımdır. Mən yaxşı vaxtda nişanlanmışam (gülür). Qarşıdan 14 fevral, nişanlımın ad günü, 8 mart, Novruz bayramı və s. gəlir".
"Sevgililər günü"ndə nişanlınıza nə hədiyyə edəcəksiniz?" sualına Rüstəmin cavabı gülməli olub: "İstəyirəm bank yarım (gülür). Sürpriz olsun, açıqlamayım, amma təbii ki, mütləq şəkildə nişanlımı təbrik edəcəyəm. Əlavə xərclərim çoxdur".
Model nişanlısı ilə tanışlığından da danışıb: "Sevib-seçdiyim xanımla uzun illərdir ki, bir-birimizi tanıyırıq. “Dostluqdan sevgiyə” mövzusu da deyil. Ümumiyyətlə, hər şeyi açıb, ağartmaq istəmirəm".
R.Cəbrayılov çox qısqanc cütlük olduqlarını dilə gətirib: "Nişanlım çox qısqancdır. Mən isə ondan daha çox qısqancam. Qısqanclıq həddini aşmayanda, yerində gözəldir. Mən öz aləmimdə o limiti, həddi saxlayıram. Qısqanclıqda da balansı qoruyub saxlayırıq".
"Sizi "Azərbaycanın ən yaraşıqlı bəyi" adlandırırlar. Bu fikirlə razısınız?" sualına isə R.Cəbrayılov belə cavab verib: "Özümə heç vaxtı bu sözləri deməmişəm. Amma kənardan eşidirəm. Hətta bəzən görürəm ki, başlıqlarda "Azərbaycanın ən gözəl oğlanı" deyə yazırlar, amma bu, düzgün deyil. Gözəl xanım olar, kişi yox. İnanın, özümə də qəribə gəlir ki, 15 il ərzində məndən yaraşıqlısı üzə çıxmadı? (gülür) İnsanlar var ki, sosial şəbəkələrdə şəklimin altında "Yaraşıqlı qardaşım, oğlum, ərim" və s. yazırlar. Model biznesində xeyli nailiyyətlər əldə etmişəm, amma heç vaxt özümdən razı olmamışam. Əgər kimsə “Azərbaycanın ən yaraşıqlı bəyi” olduğumu deyirsə, o onların şəxsi işləridir. Mən ağzımdan indiyədək belə kəlmə çıxarmamışam".
Sevda Bayramova