ADY-da Çexiya nümayəndə heyəti ilə GÖRÜŞ KEÇİRİLDİ - FOTO
    • 5-02-2020, 14:45
    • 952

ADY-da Çexiya nümayəndə heyəti ilə GÖRÜŞ KEÇİRİLDİ - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-də Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekertin rəhbərlik etdiyi  nümayəndə heyəti ilə görüş keçirilib. 

News24.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov son illərdə ölkəmizdə dəmir yollarında aparılan islahatlardan danışıb. Bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində işlər davam etdirilir, dəmir yolu infrastrukturunun yenidənqurulması ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

Cəmiyyətin sədri Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması sahəsində görülən işlər, qarşıda duran perspektiv vəzifələr haqqında məlumat verib.

Sonra görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, Çexiya şirkətlərinin investisiya imkanları barədə məsələlər müzakirə olunub.

Çexiyanın ölkəmizdəki səfiri Milan Ekert Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.