"Canları məndən qurtarır" - GÜNAY İBRAHİMLİ - VİDEO
    • 6-02-2020, 12:18
    • 2 328

"Canları məndən qurtarır" - GÜNAY İBRAHİMLİ - VİDEO

"Təzə fotosessiya elədik. Bu addımı atmağımızda məqsədimiz yeni mahnımızın təqdimatı idi. Mahnı "Bu son" adlanır. Düzdür, bəziləri düşündülər ki, sonuncu fotosessiyamdır, bununla da sənətdən gedirəm, onların canı məndən qurtarır, amma elə olmadı".

Bu sözləri News24.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib. O, geyimləri haqda da məlumat verib: "Geyimlərimi əsasən özüm seçirəm. Düzdür, bu günə qədər bir çox peşəkar stilistlərlə çalışmışam, amma yenə də sonuncu qərarı özüm verirəm. Əsas odur ki, seçim edəndə nəyin yaraşıb yaraşmayacağını müəyyən edə bilirəm. Gərək, gedəcəyin yerə uyğun libas seçəsən. Son trendləri, xarici səhifələri çox izləyirəm. Amma düzünü deyim, bizim ulduzların çoxu zövqsüzdür. Xanımlardan Zülfiyyə Xanbabayeva, Röya, Aygün Kazımova və Elza Seyidcahanı çox bəyənirəm. Elza xanıma böyük simpatyam var. Xanım kimi çox gözəldir. Bəylərdən isə Zamiq Hüseynovu, Ədalət Şükürovu, Namiq Qaraçuxurlunu və  Samir Bağırovu zövqlü sayıram".

Gənc müğənni Xalq artisti İlqar Muradovla duet oxuyub: "İlqar Muradov İncəsənət və Mədəniyyət universitetində müəllimim olub. Onu çox bəyənirəm, hörmətim böyükdür. Düşündük ki, müəllim - tələbə maraqlı iş hazırlaya bilərik. Bu yaxınlarda onu təqdim edəcəm".

Günay İbrahimli onu da qeyd edib ki, radiolarda səslənən mahnıları üçün pul ödəmir: "Mən mahnılarıma görə radioara pul vermirəm. Televiziyalardan daha çox radiolarımızı bəyənirəm. Çünki hər müğənninin mahnısını səsləndirmirlər. Seçim etməyi bacarırlar. Mənim də mahnılarım kifayət qədər səslənir".

Sevda Bayramova