-
- 30-07-2019, 14:24
- 2 864
“Aygün Kazımova, Röya Ayxan birinci ola bilmirsə...” – Aysun - VİDEO
“Bu trend məsələsi bərbad hal alıb. Bu gün mən də o trenddəyəm. Amma Aygün Kazımova, Röya Ayxan birinci ola bilmirsə və vaynerlər trenddə öndədirsə bu biabrçılıqdır”
News24.az xəbər verir ki, bu sözləri ötən gün Dj Roshkanın müəllifi olduğu “Qalmaqal” mahnı və klipinə təqdimat mərasimi keçirən Aysun İsmayılova deyib: “Bu trend məsələsi bərbad hal alıb. Bu gün mən də o trenddəyəm. Amma Aygün Kazımova, Röya Ayxan birinci ola bilmirsə və vaynerlər trenddə öndədirsə bu biabırçılıqdır. Çünki bu belə bir şeydir ki, bütün dünya “YouTube”un ölkə üzrə trendini görə bilir. Orada bizim böyük sənətkarlarımız ola bilər. Yoxsa dünən toyda oxuyan müğənni bu gün birincidir. Bu doğrudan da düzgün deyil. Bunu yığışdırmaq lazımdır”.
A.İsmayılova tanınmağında anasının böyük rolunun olduğunu da bildirib: “Rəqsanə xanıma görə tanındığımı dana bilmərəm. O mənim anam olmasaydı bu qədər uğur qazana bilməzdim. Amma bu gün məm çox əziyyət çəkirəm və bahalı işlər görürəm. Mahnılara minimum iki, üç min manat xərc çıxır. Təbii ki, mənə Aysun İsmayılova və ya sadəcə Aysun demələrini istəyərəm. Rəqsanə xamımın qızı deyiləndə fəxr edirəm ki, onun adını ucaldıram. Amma bir neçə il sonra sevilən bir müğənni olsam, məni elə təqdim etməyəcəklər. Çünki mən öz işlərimlə gündəmə gəlirəm”.