"Elzaya iki kəlmə deyib konsertini burnundan gətirərdim" - ROZA ZƏRGƏRLİ - VİDEO
    • 17-02-2020, 13:50
    • 2 201

"Elzaya iki kəlmə deyib konsertini burnundan gətirərdim" - ROZA ZƏRGƏRLİ - VİDEO

"Əkbər gedir-gəlir deyir, +18 nə oldu? Ssenarı yazılır, mahnı seçilir. Təklif olunan beş mahnıdan birinə üstünlük verəcəyik. Gənc bəstəkarlar ritmik, maraqlı mahnılarını təqdim etsinlər, görək, nəticə necə olur. Hələ ki, qulaq asdığımız mahnıların arasından seçim etməmişik. Biz özəl və fərqliyik, ona görə də maraqlı mahnı olmalıdır. Əkbər başqa heç kimlə duet oxumağımı icazə vermir. Deyir, oxusan, səni boşayacağam aşkım".

Bu sözləri News24.az-a açıqlamasında müğənni Roza Zərgərli deyib.

O, Əməkdar artisti Elza Seyidcahanın vəziyyətinin pisləşməsi haqda danışıb: "Videolarını gördüm, amma pis olmadım. Gərək insan "ayağını yorğanına görə uzatsın" ki, sonra məyus olmasın. Uduzmağı da bacarmaq lazımdır. Bilmirəm, bəlkə də doğurdan da xəstələnib, aqibəti yaxşı deyil. Məsələn, o, mənimlə qalmaqala girəndə konsert öncəsi idi. Mən istəsəydim, ona iki söz deyib konserti burnundan gətirərdim, amma yenə də baş qoşmadım. Çünki insan konsert öncəsi pis aurayla üzləşməməlidir. Ola bilsin ki, Elza qəlbimə dəydiyini anlamadı, halbuki özünü böyük, dahi şair sayır. Amma mənim ürəyimdə kin olmadığından, qalmaqal eləmədim. Videolarını görürəm, amma nə deyəcəyini bilmirəm". 

Sevda Bayramova