"Suşinin qabını yalayıb reklam edirlər" - QUSİK BƏZİ SƏNƏTÇİLƏRİ
    • 31-01-2020, 18:56
    • 3 336

"Suşinin qabını yalayıb reklam edirlər" - QUSİK BƏZİ SƏNƏTÇİLƏRİ "SANCDI" - VİDEO

""İnstagram"da çox aktivəm çünki gündəmdə olmağı sevirəm."

Bu sözləri News24.az-a açıqlamasında stilist Qusik Simon deyib. O, bildirib ki, həmkarı stilist Fəridlə hazırda dostluq əlaqələri davam edir: "Aramızda soyuqluq yoxdur, dostluğumuz davam edir. Sadəcə, vaxt azlığından əvvəlki kimi tez-tez görüşə bilmirik. Onu çox istəyirəm".

Stilist bildirib ki, ancaq say-seçmə sənətçilərlə çalışır: "Müğənnilərin çoxu mənimlə çalışmaq istəyir, amma qonorarım yüksək olduğundan razılaşmırlar. Roza Zərgərli, Aygün Kazımova, Natavan Həbibidən başqa öz səviyyəmə uyğun müğənni görmürəm. Mənə görə, adını çəkdiiklərimdən savayı gündəmdə olan sənətçi yoxdur. Çünki onlar ancaq palatka toyları üçün işləyirlər. Əslində onların bəziləri efirdə onları dinləyənlərə "Qara camaat " deyirlər, amma anlamırlar ki, qara özləridir. Belələrinə görə  utanıram. Hətta "İnstagram"da hamısını blok eləmişəm". 

Qusik Simon Damla və Şəbnəm Tovuzluyla əsla çalışmayacağını qeyd edib: "Düzdür, Şəbnəm xanımı çox istəyirəm, Damla xanımı da ara-sıra tədbirlərdə görürəm, amma onlarla çalışmaram. Çünki dinləyəcəyim müğənnilər deyillər. "İnstagram"ımda onlara yer yoxdur. Bildiyim qədər Anar Ağakişiyev bir müddət öncə Damlayla çalışıb. Anarı çox istəyirəm. Çünki Azərbaycanda stilist anlamını o gətirib. Ondan yoxdur. Mən də işimin peşəkarıyam. Olduğum yerdə heç kimi görmürəm".

Bir müddət öncə ombasını böyüdən stilist plastik əməliyyatlarından da danışıb: "Pulu olan getsin, elətdirsin. İnsanlarda pul olmadığına görə ancaq danışırlar. İnsan gözəl görünmək üçün pul xərcləməlidir".

Qusik Simon zövqlü müğənnilərin adlarını qeyd edib: "Qadınlardan Aygün Kazımova, Roza Zərgərli, Natavan Həbibi, bəylərdən isə Zamiq Hüseynov və Yaşar Yusubu bəyənirəm. Qalanların hamısı zövqsüzdür. Çünki onlar 50 manatlıq paltarı reklam eləməkdən instaqramı "talkuçka"ya çeviriblər. Suşi gələndə qabını yalayırlar, reklam hesabına yaşayırlar. Onları necə zövqlü, elit adlandıra bilərəm?!"

Sevda Bayramova