Avtomobil ağaca çırpıldı -1 ölü, 2 yaralı
    • 6-02-2020, 02:00
    • 1 062

Avtomobil ağaca çırpıldı -1 ölü, 2 yaralı

Qəbələ rayonumda ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonunun Bunud kəndi istiqamətindən keçən hissəsində qeydə alınıb. Qəbələ rayon Vəndam kənd sakini 2001-ci il təvəllüdlü Lətifov Ramin Asif oğlu idarə etdiyi "Nissan Sunny" markalı avtomobilin idarə etməsini itirərək avtomobili yol kənarındakı ağaca çırpıb.
Nəticədə sürücü hadisə yerində keçinib.

Avtomobildə olan sərnişinlər 2001-ci il təvəllüdlü Xəlilov Şəhliyar Mübariz oğlu və 2002 ci il təvəllüdlü Cabayev Murad Sərxan oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Onların vəziyyəti ağır qiymətləndirilir.

Xəsarət alan şəxslərin də Qəbələ rayonun Vəndam kənd sakinləri olduğu bildirilir. İlkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub.