"Qəbələ"nin məşqçisi faciəli şəkildə öldü
    • 15-11-2018, 10:00
    • 885

"Qəbələ"nin məşqçisi faciəli şəkildə öldü

Azərbaycanda futbol məşqçisi yol qəzasında dünyasını dəyişib.

"Qəbələ" futbol klubundan verilən məlumata görə, Qəbələdə yol qəzasında ölən Teymur Musayev “Qəbələ” futbol akademiyasının məşqçisi olub.
Bildirilib ki, hadisə gecə saat 02:30 radələrində baş verib. T.Musayev evə qayıdarkən dostu 1952-ci il təvəllüdlü Rafiq Qurban oğlu Məmmədovun idarə etdiyi avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində məşqçi dünyasını dəyişib.
T.Musayev ailəli idi, iki oğlu və bir qızı var.
Sürücü R.Məmmədov isə Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Mərkəzdən verilən məlumata görə, onun vəziyyəti ağırdır, hər iki bud nahiyəsində sınıqlar var, döş qəfəsi ciddi zədələnib. Hazırda reanimasiyaya yerləşdirilib.

//Trend.az