Balakən sakinindən narkotik GÖTÜRÜLDÜ
    • 6-02-2020, 11:04
    • 1 174

Balakən sakinindən narkotik GÖTÜRÜLDÜ

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə,  keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Gərəkli kənd sakini Rövşən Məmmədov şübhəli şəxs qismində saxlanılıb.  Onun yaşadığı evə baxış keçirilən zaman  oradan 1 ədəd sellofan torbada ümumi çəkisi 375 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.