Tovuzda evdən 18 min manatlıq OĞURLUQ EDİLDİ
    • 6-02-2020, 12:47
    • 765

Tovuzda evdən 18 min manatlıq OĞURLUQ EDİLDİ

Tovuzda ev qarət olunub.

DAxili İşlər Nazirliyinin mətbuat xidmətindən Nes24.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də rayon ərazisindəki evlərin birindən 11.000 manat və 200 ABŞ dolları, habelə 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xatınlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Rüstəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.