Dünya bazarlarında "iPhone" qıtlığı yarana bilər - ŞOK SƏBƏB
    • 6-02-2020, 14:19
    • 1 862

Dünya bazarlarında "iPhone" qıtlığı yarana bilər - ŞOK SƏBƏB

Tayvanda fəaliyyət göstərən "Hon Hai Precision Industry" (Foxconn markası) iPhone fabrikindəki bütün işçilərinə karantin tətbiq edib.

News24.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Qeyd edilib ki, hazırda koronavirusun yayılması ilə əlaqədar olaraq telefonları hazırlamaq üçün işçi qüvvəsi yoxdur.

"Apple"ın məhsul yığma zavodu Henan şəhərində yerləşir. Yeni il tətilində əyaləti tərk etməyən işçilər bir həftə karantondə saxlanacaqlar. Çinin digər bölgələrindən qayıdanlara da iki həftə müddətində karantin şamil olunacaq.

Buna baxmayaraq, "Foxconn" işə 10 Fevraldan başlamaq niyyətində olduqlarını açıqlayıb. "Foxconn" "Apple"ın ən çox "iPhone" hazırlayan böyük podratçısıdır.