Xudat Şəhər Xəstənası fəaliyyətini DAYANDIRDI - RƏSMİ
    • 6-02-2020, 16:25
    • 1 021

Xudat Şəhər Xəstənası fəaliyyətini DAYANDIRDI - RƏSMİ

Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və bu tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı bəzi sosial şəbəkə hesablarında əsassız məlumatlar yayılıb.
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, agentliyinin nümayəndələri Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı xəstəxananın vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilib və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsi barədə qərar qəbul olunub. 
 
Bir daha qeyd edirik ki, ölkədə icbari tibbi sığortanın tətbiqiilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmayıb. Əksinə icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əmək haqlarına əlavələrin hesablanması qaydası təsdiqlənib.