-
- 6-02-2020, 21:52
- 749
Ermənistanda kütləvi zəhərlənmə
Ermənistanın Sünik və Lori vilayətlərinin 50-dək sakini eklerdən zəhərlənib.
News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sakinlər bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
49 nəfərdə bağırsaq infeksiyası – ishal, qusma, yüksək hərarət kimi simptomlar olub. Onlardan 8-i evə buraxılıb, 41 nəfər həkim nəzarətinə götürülüb. Sakinlərin sözlərinə görə, “Zeytun” şirkətinin eklerlərini yedikdən sonra halları pisləşib.
Şirkətdə aparılan araşdırma zamanı daxili-sanitar normaların pozulmadığı məlum olsa da, müəssisənin ekler istehsalında təhlükəsizlik sertifikatı olmayıb. Şirkətə satışa çıxardığı bütün eklerləri geri toplamaq və məhv etmək tapşırılıb.