-
- 7-02-2020, 15:13
- 3 213
Elmira Rəhimova XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ-FOTOLAR
Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, bu haqda Hacı Nuran "İnstagram"da yazıb: "Onu heç xəstə yatağında görmək istəməzdim. Amma nə edəsən ki, yaş öz sözünü deyir. Elmira Rəhimovanı həmişə gümrah görməyə adət etmişəm. Düzdür, son vaxtlar səhhətindəki problemləri bilirdim, buna baxmayaraq, özünü sındırmır, zarafatla da olsa "Maşallah, top kimiyəm", deyirdi". Hətta yanvar ayının sonlarında Xəzər TV-nin "5-də 5" verilişində ad günümü ilk təbrikə gələnlərdən biri də o idi... Elmira Rəhimova mənə anam qədər əziz olan bir insandır. Onun barəsində nə qədər yazsam, yenə azdır. Onun Azərbaycan incəsənətində xüsusi yeri var. Ən azından heç kim onun kimi hind mahnılarını sevə-sevə oxumadı. Açığını desəm, nəinki hind mahnılarını, elə Hindistanın özünü də Elmira xanıma görə sevdim. O cür böyük sənətkarı xəstə çarpayısında görmək mənə pis təsir edir. Amma buna baxmayaraq, həmişəki kim,i optimistdir. Arzusunu da dedi: "Bir bağ evim olsun, gedim oturum həyətində. Doyunca nəfəs alım". Yastığın yüngül olsun, Elmira ana. Allahdan sənə ancaq şəfa diləyirəm".
Sevda Bayramova