“Metamorfoza” yenidən səhnədə
    • 7-02-2020, 19:58
    • 2 397

“Metamorfoza” yenidən səhnədə

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti sənət ocağının repertuarında maraqlı tamaşalardan sayılan “Metamorfoza”nı növbəti dəfə fevralın 15-də təqdim edəcək.

Teatrdan News24.az-a bildirilib ki, yazıçı S. Haqverdiyevanın əsəri əsasında hazırlanan səhnə əsəri rejissor Günay Səttarın quruluşunda təqdim olunacaq.

Tamaşada aktyorlar Oqtay Mehdiyev, Zümrüd Qasımov və Elgün Həmidov çıxış edəcəklər.

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində izləniləcək səhnə əsərinin xronometrajı 75 dəqiqədir. Tamaşada üç naməlum şəxs düşdükləri şəraitdə “özlərini kənardan görməyi” oynamağa başlayaraq, nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün özlərindən uzaqlaşırlar.

Səhnə əsərinin məramı belədir: sonrakı peşmançılıq olsa belə, gerçək həyatda səhvlərin cəzası qaçılmazdır.