Bakı Şəhər İcra Hakimiyyətindən havanın kəskin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ
    • 8-02-2020, 10:23
    • 1 168

Bakı Şəhər İcra Hakimiyyətindən havanın kəskin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və şəhərin qonaqlarına müraciət edib.

Bakı Şəhər İcra Hakimiyyətindən News24.az-a verilən məlumatda bildirilib ki, gecədən başlayaraq hava kəskin dəyişəcək, fevralın 9-dan 10-u gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, sulu qar və qarın yağması, bəzi yerlərdə qarın intensiv yağacağı gözlənilir. Havanın temperaturu aşağı enəcək, yolların buz bağlayacağı ehtimal olunur.

Əhaliyə daha diqqətli olmaq, iri ağacların altında maşınları saxlamamaq, tikinti aparılan ərazilərdən kənar keçmək, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamaq və digər təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə edilir.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın bütün idarə və təşkilatlarına hava şəraiti ilə bağlı xəbərdarlıqlar edilib, şəhərin Mənzil Kommunal Təsərrüfatı Departamentinin və digər qurumların xüsusi texnikası, qar təmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib. Həmin günlərdə paytaxtın bütün kommunal və texniki xidmətləri gücləndirilmiş iş rejimində çalışacaqlar.