17 günün gəlini ərini bıçaqlayıb öldürdü
    • 10-09-2018, 13:17
    • 1 059

17 günün gəlini ərini bıçaqlayıb öldürdü

 Türkiyənin Eskişehir şəhərində 17 gündür evli olan Semra Çolak ərini  ürəyindən bıçaqlayıb.

News24.az xəbər verir ki, polis tərəfindən saxlanılan Semra Çolak, açıqlamasında ”Mübahisə edirdik,bıçağı təxmini atdım,ürəyinə tuş gəldi”,-deyə bildirib. Mübahisə səbəbi isə evlənməmişdən  əvvəl ailələr arasında yaranan problemlər olduğunu deyib.

 Xəstəxanaya çatdırılan Yunus Çolaq ölməzdən öncə verdiyi ifadəsində yıxılaraq yaralandığını bildirib. Həkimlərin səylərinə baxmayaraq o həyatını itirib.

Şəlalə Ağayeva