Azərbaycan-Ermənistan qarşıdurması olacaq
    • 10-02-2020, 01:13
    • 2 638

Azərbaycan-Ermənistan qarşıdurması olacaq

Sabah İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı start götürəcək.

News24.az xəbər verir ki, bu gün yunan-Roma güləşində bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.

Maraqlıdır ki, üç güləşçimiz debütdə erməni idmançı ilə qarşılaşacaq.

55 kq 1/4 final: Eldəniz Əzizli - Rudik Mkrtaçyan (Ermənistan)
60 kq Təsnifat: Murad Bazarov - Yakopo Sandron (İtaliya)
63 kq 1/8 final: Taleh Məmmədov - İbrahim Labazanov (Rusiya)
67 kq Təsnifat: İslambəy Dadov - Kristian İştvan Vança (Macarıstan)
72 kq 1/8 final: Ülvi Qənizadə - Stoyan Stoyçev Kubatov (Bolqarıstan)
77 kq Təsnifat: Sənan Süleymanov - Aik Mnatsakanyan (Bolqarıstan)
82 kq 1/8 final: Rafiq Hüseynov - Tirone Sterkenburq (Niderland)
87 kq Təsnifat: İslam Abbasov - Kiril Maskeviç (Belarus)
97 kq Təsnifat: Orxan Nuriyev - Tadeuş Mixalik (Polşa)
130 kq 1/8 final: Sabah Şəriəti - David Ovasapyan (Ermənistan)