Fiziki İnstitutunun  direktoru medalla TƏLTİF OLUNDU
    • 10-02-2020, 12:54
    • 736

Fiziki İnstitutunun direktoru medalla TƏLTİF OLUNDU

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

News24.az xəbər verir ki, bu barədə institutun mətbuat xidmətindən məlumat verilib.

N.Məmmədova medal Rəyasət Heyətinin fevralın 7-də keçirilmiş iclasında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tərəfindən təqdim olunub.