Şahdağ milli parkında sərgi və piyada yürüş keçirildi - FOTO
    • 11-02-2020, 10:10
    • 809

Şahdağ milli parkında sərgi və piyada yürüş keçirildi - FOTO

“Təbiəti bizimlə birgə tanıyın” devizi altında Şahdağ Milli  Parkının  İsmayıllı  bölməsində sərgi və piyada yürüş təşkil olunub.

News24.az xəbər verir ki, Şamaxı, Qəbələ və İsmayıllıdan olan təbiətsevərlərin Cavanşir qalasına piyada yürüşündən sonra milli parkda nümayiş etdirilən sərgiyə baxış keçirilib. 

Şahdağ Milli Parkının direktoru Akif Məmmədov jurnalistlərə bildirib ki, sərgidə ətraf kəndlərdə yaşayan əhali tərəfindən hazırlanmış milli parkın atributları əks olunan əl işləri və müxtəlif rəsmlər nümayiş etdirilib. 

A.Məmmədov qeyd edib ki, Cavanşir qalasına yürüşün və sərginin təşkilində məqsəd bölgənin qədim tarixini təbliğ etmək, yerli əhalinin turizm xidmətləri sahəsində iştirakına şərait yaratmaq və Şahdağ Milli Parkına ekoturistlərin marağının artırılmasına nail olmaqdır.