-
- 11-02-2020, 16:23
- 1 027
DİN polisin müşahidəçiyə zor tətbiq etməsinə dair yayılan görüntülərə münasibət bildirdi
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Suraxanı rayonundakı seçki məntəqələrindən birində polis əməkdaşlarının müşahidəçiyə zor tətbiq etməsinə dair yayılan video görüntülərə münasibət bildirib.
News24.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında o görüntülərin Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 8 saylı məntəqədə qeydə alındığını deyib: "Araşdırmalarla məlum olub ki, həmin məntəqənin sədri qanunvericiliyin tələbinə uyğun olaraq ərazidə xidmətdə olan polis əməkdaşlarını məntəqəyə dəvət edib və orada olan müşahidəçinin seçki prosesinə yersiz və əsassız müdaxilə etməsini, seçicilərin normal səs vermələrinə maneələr yaratdığını bildirib. Bundan sonra polis əməkdaşları məntəqəyə daxil olaraq həmin şəxsi nizam-intizama çağıraraq, ondan məntəqəni tərk etməsini tələb ediblər. Lakin o, polisin qanuni tələblərinə məhəl qoymayaraq onlara qarşı müqavimət göstərib. Belə olan halda polislər güc tətbiq etməklə onu məntəqədən kənarlaşdırıb və ciddi xəbərdarlıq ediblər. Bundan sonra məntəqə sədri həmin şəxsin müşahidəçi statusunda olmasını və polisin artıq xəbərdarlıq etdiyini nəzərə alaraq onun yenidən məntəqəyə daxil olmasına icazə verib.
Yeri gəlmişkən, bir daha qeyd etmək istərdim ki, Milli Məclisə növbədənkənar seçkilər zamanı polis yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa edib, qanunauyğun tədbirlər görüb". /APA/