-
- 12-02-2020, 17:07
- 1 631
"Qızıma görə çox narahatam" - Demet Akalının News24.az-a EKSKLÜZİV AÇIQLAMASI
"Bu yaxınlarda Azərbaycanda sevənlərimlə görüşməyi düşünürəm. Sonuncu dəfə iki- üç il öncə Bakıya gəlmişdim. Oranı çox bəyəndim".
Bunu News24.az-a eksklüziv açıqlamasında Türkiyənin pop ulduzu Demet Akalın deyib. O, bildirib ki, Azərbaycan üçün çox darıxıb: "Bilirəm ki, Bakıda sevənlərim çoxdur. Hətta bəzilərini sosial şəbəkə üzərindən izləyirəm. Gələndə hər kəsə bu haqda məlumat verəcəm. Türkiyədən Azərbaycana qucaq dolusu salamlarımı çatdırıram".
Pop ulduz onu da qeyd edib ki, son zamanlar yayılmaqda davam edən qorxunc "Koronovirus"a görə günlərlə evdən bayıra çıxmayıb: "Bu virusdan həddən artıq qorxuram. Ələlxüsus da qızıma görə çox nigaranam. Ona görə də, ailəliklə bir neçə gün evdə oturduq".
Sevda Bayramova