Demet Akalının boşanması Bakı konsertinə təsir edəcəkmi? - AÇIQLAMA
    • 11-09-2018, 11:39
    • 2 521

Demet Akalının boşanması Bakı konsertinə təsir edəcəkmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, məşhur türkiyəli müğənni Demet Akalın 29 sentyabr tarixində Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək. 

Lakin bu gün ifaçının həyat yoldaşı Okan Kurtla boşandığı bəlli olub. 

Buna səbəb isə ifaçının həyat yoldaşının müflis olması və külli miqdarda borca girməsidir. D.Akalının mal varlığını qorumaq üçün boşandığı da iddia olunur.

Modaol.com şirkətinin təşkilatçılığı ilə paytaxtımıza gəlməyə hazırlaşan ifaçının hazırkı vəziyyətinin baş tutacaq konsertə necə təsir etməsini şirkətin rəhbərlərindən öyrəndik. O, məsələyə belə aydınlıq gətirdi:

"Demet Akalının boşanmasının konsertə heç bir aidiyyatı yoxdur. Çünki aramızda müqavilə imzalanıb və ödəniş edilib. Buna görə də narahatçılığa heç bir əsas yoxdur". 

Qeyd edək ki, Demet Akalın konsertinin bilet qiymətləri 200-180-150-120-100-90-80-70-60-50-30-25 manat arasında dəyişir. 

Teymur Məmmədov