Nazirlikdə İsrail səfiri ilə GÖRÜŞ KEÇİRİLDİ
    • 14-02-2020, 11:12
    • 924

Nazirlikdə İsrail səfiri ilə GÖRÜŞ KEÇİRİLDİ

Fevralın 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Corc Dikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə  görüş keçirilib. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası və İsrail Dövləti arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.