-
- 15-02-2020, 13:47
- 984
Keçmiş polisi əvvəl yandırıb sonra bıçaqladılar – AZƏRBAYCANDA
Qubada qonşusunu öldürməyə cəhd etdiyi üçün tutularaq məsuliyyətə cəlb edilmiş şəxs Ali Məhkəməyə Müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29. 120.2.9-cu, yəni, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd maddəsi ilə məhkum edilmiş Məmmədov Vidadi Mahir oğlu Ali Məhkəmədən barəsindəki hökmn dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, hadisə Quba rayonunda baş verib.
Belə ki, rayonun Mirzəqışlaq kənd sakini Sahil Məmmədov qonşusu, 1983-cü il təvəllüdlü Paşayev Bəhruz Sadiq oğlunun üzərinə qaynar su tökərək ona yanıq xəsarəti yetirib.
B.Paşayev Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisədən xəbər tutan S.Məmmədovun qardaşı Məmmədov Vidadi Mahir oğlu xəstəxanaya gəlib və burada müayinə olunan B.Paşayevi bıçaqlayıb.
Münaqişəyə səbəb S.Məmmədov və B.Paşayev arasındakı mübahisə olub.
Xəstəyə döş qəfəsinin hər iki tərəfin arxa səthinin kəsilmiş, didilmiş yaraları, sifətin, başın kəsilmiş yaraları, döş qəfəsinin ön səthinin termiki yanığı diaqnozu qoyulub. Qeyd edək ki, Vidadi Məmmədov əvvəllər Quba RPŞ-də çalışıb. Lakin o, üç il əvvəl yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.