Bakıda qorxunc hadisə - Üstünə benzin töküb diri-diri yandırdı
    • 14-12-2019, 14:13
    • 1 418

Bakıda qorxunc hadisə - Üstünə benzin töküb diri-diri yandırdı

Bakıda tanışını yandıraraq öldürməyə cəhd etdiyi üçün tutulan və məhkəmənin hökmü ilə məhkum edilən şəxs kasasiya şikayəti verib.

News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 29.120.2.2-ci, yəni xuliqanlıq niyyətilə adam öldürməyə cəhd maddəsilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş Ağayev Səbuhi Sövdəyər oğlu Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə ötən il Yasamal rayonunda baş verib. Səbuhi Ağayev münaqişə zəminində tanışı Anar Muradovun üzrərinə benzin tökərək yandırıb.

Hadisə zamanı S.Ağayevin sərxoş olduğu qeyd edilib. Yaralı dərhal xəstəxaya çatdırılıb. Onun həyatını xilas etməl mümkün olub.
İttiham tərəfin qənaetinə görə, Səbuhi Ağayev Anar Muradovu öldürmək niyyəti ilə yandırıb.