Bakıda keçmiş məhbusun başını kəsmək istədilər
    • 5-01-2020, 12:06
    • 1 029

Bakıda keçmiş məhbusun başını kəsmək istədilər

Bakıda qətl törətməyə cəhd göstərmiş şəxs barəsində Ali Məhkəməyə müraciət edilib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.120.2.2-ci, yəni, xuliqanlıq niyyətilə adam öldürməyə cəhd maddəsi ilə ittiham edilmiş Kazımov Məhərrəm İmanverdi oğlu barəsindəki işin yenidən araşdırılması və onun barəsindəki hökmün dəyişdirilməsi tələb edilib. Müraciətə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, cinayət işində Paşayev İlham Ədil oğlu və İsmayılov Mahir Etibar oğlu zərərçəkmiş qismində tanınıb.
Belə ki, 3 il əvvəl -  noyabrın 13-də gecə saatlarında Sabunçu qəsəbəsində, əslən Zəngilan rayonundan olan, əvvəllər cinayət məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə məhkum edilmiş 1986-cı il təvəllüdlü Paşayev İlham Adil oğlu və eyni maddə ilə əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Bakı sakini İsmayılov Mahir Etibar oğlu naməlum şəraitdə çoxsaylı bıçaq zərbələri alıblar.
Ekspertlər yoxlama zamanı Paşayevin bədəninin müxtəlif hissələrində çoxsaylı bıçaq xəsarətləri aşkar ediblər. Hadisəni törədən şəxs İsmayılovun boğazını kəsməyə cəhd edib. Hər iki yaralı ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib, onların vəziyyəti ağır kimi qiymətləndirilir.
İlkin araşdırma zamanı məlum olub ki, sözügedən şəxslərə əvvəllər məhkum edilmiş Məhərrəm Kazımov adlı şəxs bıçaqla hücum edib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli şəxs zərərçəkənləri öldürmək məqsədi güdüb.