Bakıda qaynata və kürəkəni bıçaqladılar
    • 18-02-2020, 00:24
    • 1 453

Bakıda qaynata və kürəkəni bıçaqladılar

Bakının Xəzər rayonunda iki nəfəri bıçaqlayıblar.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Yeni Binə yaşayış massivində 1965-ci il təvəllüdlü Həsənov Azər Vəlixan oğlu və onun kürəkəni Əhmədov Elçin Mikayıl oğlu küçədə gedərkən naməlum şəxslər avtomobildən düşərək onlarla əlbəyaxa dava edib. Nəticədə A.Həsənov və E.Əhmədov bıçaqlanıb.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.