Bakıda ilk dəfə konsert verməyə hazırlaşan Sıla haqda bilmədiyiniz - FAKTLAR
    • 11-09-2018, 15:30
    • 1 741

Bakıda ilk dəfə konsert verməyə hazırlaşan Sıla haqda bilmədiyiniz - FAKTLAR

Qəlbləri oxşayan ifaları ilə həm Türkiyə həm də Azərbaycanda yetəri qədər sevilən məşhur müğənni Sıla Gençoğlu 29 dekabr Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək. 

"Liatris Holding" "KEvents Group"un təşkilatçılığı ilə baş tutacaq gecəyə bir neçə ay qalsa da biletlərin yarısından çoxu demək olar ki, satılıb. 

News24.az olaraq 38 yaşlı ifaçı haqda çox az bilinən məlumatları təqdim edirik:

1. Qorxu janrında filmləri sevmir

2. Evdə saatlarla kitab oxumağı xoşlayır

3. Sevimli kanalı “National Geographic”dir

4. İstanbulun ən sevdiyi səmti Sultan Ahmetdir

5. Dadlı yemək bişirməyi bacarır

6. Hündürdaban ayaqqabıları xüsusilə sevir

7. Mahnılarının sözlərini evdə tək olarkən yazır

8. Qarşı cinsdə ilk diqqət etdiyi onun zəkasıdır

9. Maşın sürməyi sevmir, sürücülük vəsiqəsi yoxdur


Teymur Məmmədov