-
- 18-02-2020, 11:54
- 655
Azərbaycan, Qazaxıstan və Rusiya könüllüləri Bakıda toplaşdı
“Azərbaycan, Qazaxıstan və Rusiyanın könüllülərindən ibarət Tədris Mərkəzi yaradılıb. Bu məktəbin ilk iclası bu gün Azərbaycanda keçirilir”.
Bunu News24.az-a açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin hüquq və maliyyə şöbəsinbin müdiri Elçin Səfərov bildiib. Onun sözlərinə görə, Rusiya “Şimal-Cənub” Siyasi Elm Mərkəzi tərəfindən həyata keçirilən “Xəzərin Könüllülük Meridianları” layihəsi çərçivəsində Xəzər könüllülük məktəbinin ilk iclası 2020-ci ilin “Könüllülər ili” elan olunduğu Azərbaycanda keçirilir:
“Son 6 ildə Azərbaycanda çox gözəl ənənə başlayıb ki, bu da könüllülərlə bağlıdır. 2020-ci il həm də könüllülər ili elan olunub. Bu da bir növ bugünkü tədbirin təşkil olunmasına şərait yaradıb. Könüllülük dedikdə, yalnız idman könüllülərindən söhbət getmir. Könüllülər müxtəlif fəaliyyət növlərinə görə fərqlənirlər. Turizm, xidmət, ekologiya, nəqliyyat, idman könüllüləri var. Könüllülərə minlərlə insan qoşulur, o səbəbdən də bunları idarə etmək üçün mütləq bir məktəbin, məkanın olması önəmlidir. Bu gün tədbirin keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, tədris mərkəzi yaransın, könüllülər istdədikləri sahələrə görə, təlimləri keçib, könüllülük statusuna malik ola bilsinlər. Çünki könüllülük həm də məsuliyyətdir. Bir fərq də ondan ibarətdir ki, bu mərkəzdə toplanan könüllülər təşkilatlanmış olacaqlar və onlara məsuliyyət verilir. Konkretv bir işi konkret bir məkanda vaxtında görməlidir”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən tədbirdə Xəzəryanı ölkələrin gənc könüllü təşkilatlarının nümayəndələri arasında ən yaxşı könüllü layihələr və perspektivli təcrübələr mövzusunda müzakirələr aparılıb. Tədbirdə Azərbaycan, Qazaxıstan və Rusiyanın könüllüləri fikir mübadiləsi aparıblar.
Afaq Mirayiq