Bakı polisi “Əsgərə salam” AKSİYASINA QOŞULDU
    • 19-02-2020, 11:00
    • 425

Bakı polisi “Əsgərə salam” AKSİYASINA QOŞULDU

Paytaxt polisi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də start verdiyi “Əsgərə salam” aksiyasına qoşulmaqla Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirir.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib ki, soyuq səngərlərdə əldə silah düşmənlə üz-üzə dayanan, öz xidməti vəzifəsini və vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən hərbçilərimizin qəlbinə hərarəti, xalqımızın sevgisi və etibarı, dövlətimizin gücü və qüdrəti verir./Report/