-
- 28-01-2019, 16:25
- 1 005
"Qaçqınkom" sədrinin 180 minlik avtomobili ilə bağlı açıqlama: əvvəlkini Əli Həsənov aparıb
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 180 min manatlıq maşının alınması ilə bağlı xəbərlər haqda açıqlama yayıb.
Komitədən verilən açıqlamada bildirilir ki, qurumun sədrinin xidməti avtomobili ilə əlaqədar məlumat yayaraq, ictimaiyyətdə yanlış təsəvvür yaratmağa cəhd göstərirlər. Ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərin təyinatı çərçivəsində Baş nazirin müavininin eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilib, Dövlət Komitəsinə yeni sədr təyin edilib.
Bu zaman xidməti avtomobilin Baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılmışdı. Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilib.
Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb.
Qeyd edək ki, komitə BMW 740 Lİ markalı lüks maşın alıb və bu maşının qiyməti 180 min manatdır. Qaçqınların problemi ilə məğşul olan qurumun bahalı avtomobil alması KİV-də tənqid olunub.
//YeniSabah