-
- 11-09-2018, 17:18
- 6 237
Qadın hesabına dolanan kişilər: alfonsluq yoxsa məcburiyyət?
Təəssüflər olsun ki, son zamanlar qadınların varlı, zəngin kişiyə ərə getmək, eyni zamanda bəzi kişilərin də varlı qızla ailə həyatı qurmaq istəyi fikirinə tez-tez rast gəlmiş oluruq. Qadının bu istəyi adi hala çevrilib və cəmiyyət tərəfindən də normal qarşılanır. Bəs kişi? Daim güclü cinsin nümayəndəsi, zəhmətsevər, çalışqan kimi tanınan kişilərin bu addımı nə dərəcədə qəbul ediləndir? Evlənmək üçün varlı qız axtarışında olan kişilərə "Alfons" adı vermək olar? Ümumiyyətlə "Alfons" kimlərə deyilir. Dünyada elə kişilər də var ki, başqalarının, daha doğrusu qadınların hesabına yaşayırlar. Onları "Alfons” adlandırırlar. Daha çox işsiz kişilər arasında rast gəlinən belə tiplər xanımların hesabına dolanmağı, təmin olunmağı sevirlər. Xanımlar heç güman da etmirlər ki, bu tip kişilər elə lap yanındakı şəxsdir. Belə kişilər qadınlara qadın deyil , "pul kisəsi" kimi baxır. Yaxşı təmin olunmuş xanımların ovuna çıxar, nə yolla olursa-olsun onları bir ovçu məharətiylə ovlamağa çalışarlar.Görəsən insanları bu həyatı seçməyə müasirlikmi vadar edir, yoxsa həyatın məcburiyyətimi?
Psixoloq Arzu Qurbanlı "Alfons"-lar haqqında danışarkən bildirib ki, alfonsluq patologiyadır. Bir neçə alfons tipi var: intelligent alfons, romantik alfons, zəhmətkeş alfons. Alfons obrazının tam olması üçün daha bir tipi də təsvir etmək lazımdır. Buna milli alfons deyərdim, çünki çeşidli testlər və məqalələrdə təsvir edilmiş obrazlarda onun təsviri yoxdu. O, başdan ayağa kimi bizimkidir, millidir. Bu alfons tipi işləmək istəməyən, evdəki qadınların – arvadı, anası, bacılarının boynunda oturub zəhmətdən qaçan kişi obrazıdır. Arzu xanım həmçinin bildirib ki, cəmiyyətin evli xanım statusuna olan münasibəti bəzən cəmiyyətdə alfons kişilərin yaranmasına təkan olur. «Parlaq» keçmişi və bəzən bu günü olan qadınlar çox vaxt sakit və problemsiz həyat axtarışında olan bir kişiylə evlənməklə fərsiz papaq sahibinin sayəsində adının üstündəki ləkəni təmizləmiş olur. Bunun əvəzində kişini yedirib-geyindirmək bir elə də problemli görünmür.
Mövzuya sosioloq baxışı önəmli olduğu üçün Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB-nin sədri Zenfira Mustafayevanın da fikirlərini öyrəndik. Zenfira xanım bildirib ki, adıçəkilən problem artıq bugünkü cəmiyyətimizdə adi hal alıb: "Düzdür, ta qədimdən də qadın hesabına yaşayan kişilər olub, lakin indi belələri o qədər çoxalıb ki, problem də adiləşib. Bu yolun yolçuları elə düşünürlər ki, elə ən doğrusu onların etdikləridir. Utanmaz-utanmaz hələ bir özlərinə haqq qazandıraraq işsiz olduqlarını da bəhanə gətirirlər”. Zenfira xanım həmçinin bildirib ki, bu yaxınlarda gəlir mənbəyi olan sevgilisi tətəfindən atılmış bir gənc utanıb arlanmadan təşkilatlarına müraciət etmişdi. Yeniyetmə gəncin şikayəti gülməli olsa da, bu müasır cəmiyyətimizin acinacaqlı vəziyyətidir. O bildirirdi ki, onun gəncliyindən, gözəlliyindən istifadə edən yaşlı qadın birgə yaşadıqları dövrdə ona istifadəsi üçün verdiyi maşını, evi - rahat yaşayış üçün nələri vermişdisə hamısını əlindən alıb. Özünün isə artıq ona lazım olmadığını bildirib. Dini baxımdan da kişinin qadın hesabına yaşaması birmənalı olaraq qəbuledilməzdir.
Mövzunun dini tərəflərini də araşdırmaq üçün ilahiyyatçı Əkrəm Hüseynovun da fikirlərini öyrəndik. İlahiyyatçı bildirib ki, qadın zərif məxluq olduğu üçün hər zaman kişi tərəfindən qorunmalıdır. Çox təəssüf, indiki zamanda tam əksinə olub. Kişilər qadın hesabına yaşamağı özünə üstünlük bilib bu yolla rahat həyat yaşamaq istəyirlər. Peyğəmbərimiz hədislərdə də qeyd edib ki, xanımlar kişilərin onları qoruduqlarını hər an hiss etməlidir. Kişi qadını himayə etməlidir, qadın kişini deyil. Ümumyətlə dində bu hərəkətlərə yol verilməsi günah sayılır. Peyğəmbərimiz də buyurub ki, günahlardan çəkinmək, başqa günah işlərdən uzaq durmaq üçün evlənmək lazımdır.
Xeberle.com