"Azerbaijan Design Award 2020"-nin final gecəsinin TARİXİ BƏLLİ OLDU - FOTO
    • 19-02-2020, 14:36
    • 2 405

"Azerbaijan Design Award 2020"-nin final gecəsinin TARİXİ BƏLLİ OLDU - FOTO

"Azerbaijan Design Award 2020" müsabiqəsinin final gecəsinin tarixi bəlli olub.

News24.az xəbər verir ki, "Azerbaijan Design Award 2020" layihəsinin final gecəsi 2 mart, saat 18:30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq.

Təşkilatçılar bildiriblər ki, bu artıq dizayn tədbiri yox, möhtəşəm dizayn festivalıdır. Tədbirdə canlı klassik musiqi, canlı caz (Milli musiqi alətləri ilə marağlı sintez), isveçrə masası (furşet), finalçıların işlərindən ibarət sərgi, məşhur dizaynerlərlə tanışlıq, geniş dizayn ictimaiyyəti ilə tanışlıq, ölkənin ən böyük musiqili teatrını canlı görmək, önəmli spikerləri dinləmək, qaliblərin seçimini canlı izləmək və s. qatılanları gözləyəcək.

Tədbirə giriş ödənişsizdir. Dəvətnamələrin əldə dilməsi ilə bağlı qısa zamanda məlumat veriləcək.