“The Spirit of Azerbaijan” musiqi albomu TƏQDİM OLUNDU
    • 27-12-2019, 14:10
    • 2 398

“The Spirit of Azerbaijan” musiqi albomu TƏQDİM OLUNDU

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Parisdə yaşayan həmyerlimiz, Beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Etibar Əsədlinin “The Spirit of Azerbaijan” musiqi albomu ictimaiyyətə təqdim olunub.

News24.az xəbər verir ki, layihənin hazırlanmasında məqsəd milli musiqimizin geniş təbliği, Azərbaycan xalq və bəstəkar mahnılarının daha geniş auditoriyaya tanıdılmasıdır. 

Musiqi albomunun hazırlıq işləri Parisdə və Bakıda aparılmışdır. Albomda Etibarın royalda canlı ifası ilə Azərbaycan Xalq mahnılarından “Küçələrə su səpmişəm”, “Sarı gəlin”, bəstəkar mahnılarından Fikrət Əmirov “Mən səni araram”, Emin Sabitoğlu “Bəlkə, bəlkə, bəlkədə”, Səid Rüstəmov “Qurban adına”, Sevil Əliyeva “Qayıt əzizim”, Tofiq Quliyev “Əziz dost”, Muğam improvizasiya və Etibar Əsədlinin öz bəstələri lentə alınmışdır. Musiqi albomunda ifalarla yanaşı Azərbaycan musiqisi, layihə və ifaçı haqqında ingilis dilində məlumatlar verilmişdir.

Layihənin musiqi redaktoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur.