-
- 19-02-2020, 15:42
- 2 279
“Qarabağda Ermənistanın heç biri tarixi irsi yoxdur” mövzusunda KONFRANS KEÇİRİLDİ
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələr Ağstafa Regional Mədəniyyət İdarəsində “Qarabağda Ermənistanın heç biri tarixi irsi yoxdur” mövzusunda keçirilən konfransda müzakirə edilib.
News24.az xəbər verir ki, mədəniyyət işçilərinin iştirakı ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında baş tutan tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov qeyd edib ki, bu gün siyasi gündəmin əsas müzakirəsi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş panel müzakirədir.
"Dünya mediasının diqqətlə izlədiyi panel Prezident İlham Əliyevin Ermənistan Baş nazirinə tarix və siyasət dərsi keçməsiylə yadda qaldı. Paşinyan tarixi faktları təhrif etməsi, çox zəif ingiliscəsi, həmçinin, diletant siyasi təhlili, arqumentsizliyi ilə növbəti dəfə çıxılmaz duruma düşdü. Prezident İlham Əliyev debat zamanı Paşinyanın arqumentlərini darmadağın edib: "Mən 19-cu əsrin əvvəllərində İrəvan əhalisinin 70 faizinin azərbaycanlılardan ibarət olması barədə danışmayacağam. Onların hər zaman danışdıqları öz müqəddəratını təyinetmə barədə fikrimi söyləyəcəyəm. Erməni xalqı öz müqəddəratını təyin edib. Onların bir erməni dövləti var. Məsləhətim budur ki, ikinci dəfə öz müqəddəratını təyin etmək üçün planetdə başqa yer tapsınlar, Azərbaycanda yox”.
“Ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur. Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!”
Natiq həmçinin vurğulayıb ki, ən maraqlı faktlardan biri də odur ki, Paşinyan debat zamanı özünü itirdi: "Onun “Qafqaz Bürosu qərar çıxarmışdı ki, Qarabağ Azərbaycanın olsun” cümləsindən sonra “Üzr istəyirəm, Ermənistan” deməsini media sarkazmla qarşıladı. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri vasitəsi ilə bir daha dünyaya bəyan edildi ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq da Azərbaycan torpağı kimi qalacaq".
Tədbirdə idarənin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, mətbuat katibi Xəyal Nağıyev, Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Ağstafa rayon Heydər əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, MİHİ Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov və başqaları çıxış edərək qeyd ediblər ki, Prezident İlham Əliyev Münhendə yalnız Paşinyan üzərində qələbə qazanmadı, eyni zamanda dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı İlham Əliyevi və onun siyasətini dəstəkləyir, ölkədə Qarabağla bağlı Prezidentin prinsipial mövqeyinə siyasi mənsubiyyətindən asılı olmayaraq birmənalı dəstək və həmrəylik var.
Səid Əhmədli