-
- 19-02-2020, 16:20
- 1 224
MSK-dan dörd dairə ilə bağlı - Qərar - YENİLƏNDİ
Mərkəzi Seçki Komissiyasının iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılır.
Müraciətlər barədə MSK katibi Arifə Muxtarova, MSK-nın və Ekspert qrupunun üzvləri məlumat verirlər.
İlk məsələ barədə məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, 56 saylı Xaçmaz kənd, 62 saylı Saatlı, 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə daxil olmuş müraciətlər qanunvericilkdə nəzərdə tutulan müddət ötməklə daxil olduğundan ərizəçilərə geri qaytarılmalıdır.
MSK üzvü İlham Məmmədov isə bildirib ki, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə daxil olan şikayətin araşdırma səlahiyyəti DSK-da olduğu üçün müraciət müvafiq DSK-ya göndərilməldir.
Bu təkliflər səsə qoyulub və qəbul olunub. /Teleqraf.com/
***
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.
News24.az-ın məlumatına görə, Komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.
MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.
Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.