Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına HƏSR OLUNACAQ
    • 20-02-2020, 12:59
    • 1 119

Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına HƏSR OLUNACAQ

Fevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr ediləcək. Bununla bağlı “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilib.

İdarənin İctimaiyyətlə əlaqələr sektorundan News24.az-a verilən məlumata görə, Tədbirlər Planının təsdiq edilməsi barədə əmrə əsasən, ümumi təhsil məktəblərində Xocalı faciəsinə həsr olunmuş xatirə gecələri keçiriləcək, sənədli və bədii filmlər nümayiş ediləcək. Bundan başqa Xocalı soyqırımından bəhs edən divar qəzetləri, bülleten, fotostendlər və guşələr hazırlanacaq.

Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi soyqırım şahidləri ilə görüşəcək, “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.