Moskvada qışın ən isti günü QEYDƏ ALINDI
    • 20-02-2020, 16:25
    • 917

Moskvada qışın ən isti günü QEYDƏ ALINDI

Fevralın 20-də Rusiyanın paytaxtı Moskva şəhərində qış fəslinin ən isti günü qeydə alınıb.

Bu barədə Rusiyanın “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkoveç bildirib.

“Moskvada 1976-cı il fevral ayının 20-də 6 dərəcə isti qeydə alınıb. Bu gün isə havanın temperaturu 7,7 dərəcəyə yüksəlib. Bununla da rekord qırılıb”, - deyə aparıcı mütəxəssis vurğulayıb. /Apa/