Tramp "Oskar" alan "Parazitlər" filmini SƏRT TƏNQİD ETDİ
    • 21-02-2020, 10:23
    • 724

Tramp "Oskar" alan "Parazitlər" filmini SƏRT TƏNQİD ETDİ

ABŞ prezidenti Donald Tramp "Oskar" mükafatına layiq görülən "Parazitlər" filmini sərt tənqid edib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, D.Tramp Cənubi Koreya istehsalı olan filmin bu mükafata layiq görülməsini anormal hal adlandırıb:"Bu il necə də dəhşətli Akademiya mükafatlandırması oldu. Qalib Cənubi Koreya filmidir. Orada nə baş veri? Ticarətdə Cənubi Koreya ilə kifayət qədər problemimiz var və burada onlara ilin ən yaxşı filmi üçün mükafat verirlər. Bu normaldır?"