Bu həftə seçkilərlə bağlı  yekun vurulacaq
    • 24-02-2020, 10:04
    • 1 228

Bu həftə seçkilərlə bağlı yekun vurulacaq

Bu həftə Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin yoxlanılması prosesini başa çatdıracaq.

News24.az-ın məlumatına görə, prosedur Seçki Məcəlləsinin tələblərinə əsasən həyata keçirilir.

Məcəllənin 171.2-ci maddəsinə əsasən, MSK seçki günündən sonra ən geci 20 gün müddətində dairə seçki komissiyalarının protokollarını yoxlamalıdır.

MSK fevralın 29-dək prosesi yekunlaşdıracaq.

MSK bundan sonra həmin sənədləri 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır.

Qanunvericiliyə görə, yoxlama prosesi vaxt tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə müvafiq sənədlərə baxılma müddətini artıra bilər.