Türkiyənin məşhur müğənniləri
    • 24-02-2020, 13:44
    • 1 219

Türkiyənin məşhur müğənniləri "JARA"DA - FOTO

Bakıda keçiriləcək ənənəvi beynəlxalq "Jara" festivalında Türkiyənin beş məşhuru iştirak edəcək.

News24.az xəbər verir ki, siyahıda Mustafa Sandal, Sərdar Ortaç, Rafet El Roman, Mustafa Ceceli və daha əvvəl iştirakı təsdiqlənən "Manga" qrupu yer alıb.

Qeyd edək ki, tanınmışlar avqustun 1-də "Beynəlxalq gün" gecəsində səhnəyə çıxacaqlar.

Sevda Bayramova