Bakıda fəhlə faciəli şəkildə ÖLDÜ
    • 25-02-2020, 11:01
    • 1 059

Bakıda fəhlə faciəli şəkildə ÖLDÜ

Bakıda fəhlə yük avtomobilinin altına qalaraq vəfat edib.

Hadisə fevralın 22-də, paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, qara metal qırıntıları qəbulu məntəqəsində fəhlə işləyən 1977-ci il təvəllüdlü Zaur Səlimov avtomobillərə yük yükləyən zaman 1973-cü il təvəllüdlü Eldar Nəcəfovun idarə etdiyi “KamAZ-55111” markalı yük maşınının altında qalaraq ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.