Masallı sakini iş başında yanaraq can verdi
    • 27-07-2018, 13:05
    • 985

Masallı sakini iş başında yanaraq can verdi

Masallı rayon sakini faciəli şəkildə ölüb.
 
Hadisə Abşeron rayonunda, “SEN İnşaat” MMC-nin ərazisində qeydə alınıb.

Masallı rayon sakini Ağaməli Qurbanov istismar müddəti bitmiş yük avtomobilinin metal hissələrini kəsərkən maşının yanacaq çənində olan yanacaq məhlulu onun üzərinə sıçrayıb və yaranan qığılcımdan o yanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən A. Qurbanovu xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

APA