Bakıda dəhşətli hadisə: fəhlələr su quyusuna düşdü - ÖLƏNLƏR VAR
    • 12-11-2019, 12:02
    • 3 719

Bakıda dəhşətli hadisə: fəhlələr su quyusuna düşdü - ÖLƏNLƏR VAR

Bakı şəhər Xətai rayonu ərazisində yerləşən Ağ Şəhər yaşayış kompleksində bədbəxt hadisə baş verib.

Ərazisində fəhlə işləyən 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Cəmaləddin Mollayev çirkab su quyusunda qazdan boğulublar.
Hər iki şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil erilib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (Əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb və işin materialları Bakı şəhər Prokurorluğuna verilib. İstintaq tədbirləri şəhər prokurorluğunda davam etdiriləcək. /publika.az/